

Hal hazırda 5 kurs mövcuddur.
Scratch ilə uşaqlar üçün əyləncəli və asan proqramlaşdırma dərsləri. Uşaqlar öz oyunlarını, animasiyalarını və hekayələrini yaratmağı öyrənəcək, yaradıcı düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirəcəklər.
Gənc yaradıcılar üçün nəzərdə tutulmuş bu kursda, uşaqlar sadə proqramlaşdırma vasitəsilə öz layihələrini və robotlarını qurmağı və idarə etməyi öyrənəcəklər. Bu, onların mühəndislik və kodlaşdırma bacarıqlarını artıracaq.
Robot texnikası dünyasına dərin bir səyahətə bizimlə başlayın. Uşaqlar asandan mürəkkəbı qədər robotlar qurmağı, onları proqramlaşdırmağı və müxtəlif problemləri həll etmək üçün bu robotları istifadə etməyi öyrənəcəklər.
Flutter ilə mobil proqramlaşdırma kursu, iştirakçılara mobil tətbiqlər yaratmağın əsaslarını öyrədəcək. Platformalararası proqramlaşdırma vasitəsilə, iOS və Android üçün yüksək performanslı və gözəl tətbiqlər hazırlamağı öyrənəcəklər.
Arduino ilə elektronika və proqramlaşdırma əsasları. Bu kursda iştirakçılar Arduino lövhələrindən istifadə edərək müxtəlif layihələr hazırlamağı, kod yazmağı və sensorlar, motorlar kimi komponentləri idarə etməyi öyrənəcəklər.